Koronavirusdan qorunmaq üçün maskalardan BU QAYDADA istifadə edin
Koronavirusdan qorunmaq üçün tibbi maskalardan ümumi istifadə qaydalarına əməl edilməlidir.
Maskalar bu qayda ilə istifadə edilməlidir:
İstifadə zamanı maskanın ağızla təmasda olan hissəsinə toxunmaq olmaz.
Maska çıxarılan zaman müvafiq texnikaya əməl edilməlidir (maskanın ön hissəsinə toxunmaq olmaz, arxa hissəsindəki ipləri vasitəsilə çıxarılmalıdır).
Maska çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməsi vacibdir.
Birdəfəlik maskalardan təkrar istifadə edilməməlidir.
Tibbi maskalara qarşı həssaslığı olan şəxslər tənəffüs gigiyenasına xüsusi diqqət etməlidirlər; öskürmə və asqırma zamanı ağız və burun nahiyəsi birdəfəlik istifadə üçün nəzərdə tutulmuş kağız salfetlərlə silinməlidir. İstifadədən sonra material mütləq xüsusi qapalı tullantı qutularına atılmalıdır. Tənəffüs ifrazatı ilə təmasdan dərhal sonra əllər təmizlənməlidir.
Pəncərə və qapılar müntəzəm olaraq açılmalı və məkanın havası dəyişilməlidir.