adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Mart 2020 22:00
23052
İDMAN
A- A+

Ronaldinyo məhbuslar arasında matçda 5 qol vurdu

Braziliya futbol ulduzu hazırda Paraqvayda həbsdə olan sabiq futbolçu Ronaldinyo məhbuslar arasında keçirilən matçda 5 qol vurub.

Matç həbsxanada təşkil olunan futbol turnirinin final oyunu olub.

Ronaldinyonun olduğu komanda 11:2 hesab ilə qalib gəlib, futbolçu özü isə 5 qol vurub, 6 məhsuldar ötürmə etməklə komandasının bütün qollarında iştirak edib.

Finalda qalib gələn komandaya mükafat olaraq 16 kiloqramlıq donuz təqdim edilib.