adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
14 Mart 2020 21:18
13677
GÜNDƏM
A- A+

İlham Əliyev və Ərdoğan razılığa gəldi: Sərhəd müvəqqəti bağlandı

Azərbaycan və Türkiyə Prezidentləri arasında telefon əlaqəsi olub.

"Haber Global”xəbər verir ki, Azərbaycan dövlət başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında baş tutan bugünkü telefon danışığında iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlər, regional məsələlər müzakirə olunub.

Bundan əlavə, dövlət başçıları koronavirus pandemiyasına qarşı alınan tədbirlərlə əlaqədar olaraq, iki ölkə arasında karqo daşımaları istisna olmaqla, hava və quru yolu ilə bütün səfərlərin müvəqqəti təxirə salınmasını qərara alıblar.