adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Mart 2020 17:00
31922
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ÖZÜMƏ KƏSDİYİM CƏZA ...





















Kirpik-kirpik oxuyuram gözünü

Misraların arasında batıram...
Allah bilir - toxuyuram özünü -
Ürəyimə! - istəyimə çatıram...

Həyat nağıl, mən yuxulu bir uşaq
Alma yağdı üst - başıma bir qucaq!
Sən gələndən kədər qaçıb çox uzaq -
Fərəhlənib hətta sevinc satıram!..

Hər anımı şəkər edən, bal edən
Baxışıyla baxışımı lal edən!..
Ürəyimi büründüyü şal edən -
Bir gözəlin qolarında yatıram...

Düşünmə ki, "yar" deməkdən doymuşam
Ürəyimi sətir- sətir oymuşam!
Əbülfəti sapandıma qoymuşam-
Sənə tərəf fırladıram, atıram...