adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
14 Mart 2020 11:55
11430
GÜNDƏM
A- A+

Milli Məclisə COVID-19-la bağlı sənəd daxil olub

Milli Məclis koronavirus infeksiyasına (COVID-19) görə yaranmış vəziyyəti müzakirə edəcək.

"Report”unməlumatına görə, bununla bağlı artıq parlamentə sənəd daxil olub.

Layihəyə yaxın günlərdə Milli Məclisin iclasında baxılacaq.

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxan 15 nəfər var. Bu gündən etibarən ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib (14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla).

Eyni zamanda,dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağan olunub. Bundan əlavə, saat 21:00-dan sonra klubvə barların fəaliyyəti dayandırılıb. Martın 3-dən bağça, orta məktəb və universitetlər bağlanıb.