adalet.az header logo
  • Bakı 13°C
14 Mart 2020 11:00
18757
SİYASƏT
A- A+

Türkiyə, Fransa və Almaniya liderlərinin sammiti telekonfrans rejimində keçəcək

Martın 17-nə təyin olunmuş Türkiyə, Fransa və Almaniya liderlərinin üçtərəfli görüşü telekonfrans rejimində keçəcək.

Adalet.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə qərar dünyada koronavirusun (COVİD-19) yayılmasına qarşı tədbilər çərçivəsində qəbul edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makrov və Almaniya Kansleri Angela Merkel telekonfrans zamanı Suriyanın İdlib şəhərində vəziyyətin nizamlanmasını, qaçqınlar problemini və Türkiyə-Ai münasibətlərini müzakirə edəcəklər.