adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 Mart 2020 23:20
9994
GÜNDƏM
A- A+

Operativ Qərargah: Mağazaların bağlanacağı barədə yayılan iddia şayiə xarakterlidir

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Adalet.az-a daxil olan məlumatda bildirilir:

"Sosial şəbəkələrdə və "Whatsapp" ani mesajlaşma əlavələri vasitəsilə koronavirus infeksiyasının yayılmasına yol verməmək üçün Bakı şəhərində ərzaq mağazalarının bağlanacağı və onların iş rejiminə ciddi fasilələr tətbiq olunacağı barədə səs yazısı yayılır.

Hazırda əhalinin sağlamlığının etibarlı qorunması və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində ərzaq mağazaları, market və supermarketlərin iş rejimində dəyişiklik olmayacaqdır.
Yayılan iddia şayiə xarakterlidir və cəmiyyətdə süni ajiotaj yaratmaq məqsədi daşıyır. Hazırda aidiyyəti orqanlar tərəfindən bu tipli şayiə yayan şəxslərin aşkarlanması və onların barəsində hüquqi məsuliyyət tədbirləri görülməsi üçün müvafiq iş aparılır".