Bakı sakini küçədə silahla yaxalandı
Bakıda daha bir silahlı şəxs yaxalanıb.
Hadisə paytaxtın Binəqədi rayonunda baş verib.
Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Ə.Ələkbərov saxlanılıb.
Onun üzərinə baxış keçirilərkən patron sandıqçası boş olan "Makarov" tipli tapança aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam edir.
Digər Xəbərlər
20 Aprel 2024 10:40