adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Mart 2020 21:34
9303
GÜNDƏM
A- A+

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi İndoneziyanın Boqor şəhər meriyası ilə saziş imzalayıb

Azərbaycanla İndoneziya arasında "ASAN Xidmət” modeli əsasında əhaliyə göstərilən xidmətlərin təkmilləşdirilməsi üzrə saziş imzalanıb.

Trend bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin sədri Ülvi Mehdiyevlə İndoneziyanın Boqor şəhərinin meri Bima Arye Suqarto arasında protokolun imzalanması mərasimindən məlumat verir.

Ü.Mehdiyev bildirib ki, 2017-ci ildə Azərbaycanla İndoneziya arasında anlaşma memorandumu imzalanıb, bu gün isə bu sazişlər reallaşdırılır.

Boqor şəhərinin meri isə bildirib ki, bu sazişlərin məqsədi vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsindən ibarətdir:

"Boqor şəhərində də ASAN xidmətə bənzər mərkəz var və biz Azərbaycanla birgə bu mərkəzlərin işini təkmilləşdirmək istəyirik”.