adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
13 Mart 2020 19:58
19821
İDMAN
A- A+

Bakı Şəhər Halqası bütün təlimləri təxirə saldı

Bakı Şəhər Halqası (Baku City Circuit) "Formula-1” Azərbaycan Qran-Prisi üzrə könüllülərin təlimlərini təxirə salıb.

Bu qərar koronavirusla bağlı ölkədə görülən qabaqlayıcı tədbirlərin davamı olaraqverilib.

BCC-nin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Gülnaz Quliyeva bu xəbəri təsdiqləyib:

"Ölkədə təhsil müəssisələrinin fəaliyyəti dayandırıldığından, biz də könüllülərin təlimlərini dayandırmaq qərarına gəldik. 11-20 mart tarixində Baku City Circuit Akademiyada keçiriləcək bütün ümumi təlimlər, seminarlar və danışıq klubları müvəqqəti olaraq təxirə salınıb. İlk təlim, seminar və danışıq klubları martın 27-dəbaşlayacaq”.

Baku Marşal Klub da marşalların təliminin dayandırıldığını bildirdi. Sözügedən klubdan təlimlərin martın 27-dək təxirə salındığı bildirilsə də, bu müddətin uzadıla biləcəyi istisna edilmədi.

Qeyd edək ki, bu il Azərbaycan Qran-Prisinin 5-7 iyun tarixlərində keçirilməsi planlaşdırılıb.