adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Mart 2020 18:47
11465
MƏMLƏKƏT
A- A+

DOST mərkəzləri dezinfeksiya edilir

Nazirlər Kabinetinin "Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrası istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST Agentliyinin 1 saylı (Yasamal, Səbail) və 2 saylı (Xəzər, Pirallahı) Bakı DOST mərkəzlərində kompleks profilaktik tədbirlər görülür.

ƏƏSMN-dən  bildirilib ki, inzibati binaların döşəmələri, qapı dəstəkləri və digər təmas səthləri hər gün bir neçə dəfə xüsusi dezinfeksiyaedici məhlullarla təmizlənir.

1 saylı Bakı DOST mərkəzi gün ərzində orta hesabla 450, 2 saylı Bakı DOST mərkəzi isə 170 vətəndaşa xidmət göstərir.

Mərkəzlərdə dezinfeksiya işləri aparılmaqla, əməkdaşların və xidmət üçün müraciət edən vətəndaşların sağlamlığının qorunması məqsədi ilə kompleks profilaktik tədbirlər görülür.