adalet.az header logo
  • Bakı 16°C
13 Mart 2020 18:39
20484
İDMAN
A- A+

Azərbaycan-İsveçrə oyunu təxirə salındı

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilməli olan İsveçrə-Azərbaycan oyunu təxirə salınıb.

AFFA-dan bildirilib ki, bu qərar Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və İsveçrə Futbol Assosiasiyası arasında əldə olunmuş qarşılıqlı razılığa və UEFA-nın təsdiqinə əsasən qəbul olunub.

Qeyd edək ki, İsveçrə-Azərbaycan oyunu martın 26-da keçirilməli idi.