adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
13 Mart 2020 17:53
12224
MƏMLƏKƏT
A- A+

Duz zavoduna növbəti mediatur baş tutdu - FOTOLAR

Hər zaman fəaliyyətini geniş ictimaiyyətə açıq tutan, şəffaflığı prioritet seçən "Azərsun Holdinq” ənənəsinə budəfə də sadıq qalıb. Mütəmadi olaraq nəzdində fəaliyyətgöstərən istehsal müəssisələrinə ziyarət təşkil edənholdinq media qurumları və Azərbaycan KulinariyaMütəxəssislərinin Assosiasiyasının üzvlərini "Azərduz", "Salute”, "Bizim Duz”, "Alfa” markalarının istehsaledildiyi Masazır Duz Zavodunda qonaq edib.

Səfər zamanı jurnalistlərə zavodun fəaliyyəti, iş rejimi, istehsal sahələri və yodlaşdırılmış duzun keçdiyiprosedurlar ilə yaxından tanış olublar. Müəssisə ilətanışlıq zamanı zavodun müdiri Nəbi Zeynalzadəjurnalistlərə Masazır Duz Gölündən XIX əsrdən duzemal edildiyini bildirib. O, 2001-ci ildə ÜmummilliLider Heydər Əliyev tərəfindən "Yod çatışmazlığıxəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzunyodlaşdırılması” haqqında qanunun imzalandığını deyib. Zavod müdirinin sözlərinə görə 2008-ci ildə UNİCEF vəAzərbaycanın Səhiyyə Nazirliyi tərəfindən aparılanaraşdırmalar nəticəsində əhali arasında yod çatışmazlığısəbəbindən yaranan xəstəliklərin geniş yayıldığı aşkaredilib və yodlaşdırılmış duzun istehsalını həyatakeçirəcək müəssisəyə ehtiyacın olduğu barədə hesabathazırlanıb. Bu məsuliyyətli iş isə ölkənin ərzaqtəhlükəsizliyinin təmin edilməsində müstəsna roloynayan "Azərsun Holdinq”ə etibar edilib. NəbiZeynalzadə bildirib ki, Masazır Duz Zavodunun açılışmərasimi 2010-cu ildə ölkə başçısı cənab İlham Əliyeviniştirakı ilə baş tutub.



Bildirilib ki, illik istehsal həcmi 90.000 ton olan MasazırDuz Zavodunun fəaliyyətə başlaması "Regionlarıninkişafına dair” dövlət proqramına uyğun olaraq ətrafqəsəbələrdə yaşayan insanların məşğulluğunun təminedilməsi və sosial-rifah halının yüksəldilməsinə dəmühüm töhfə verir. Bundan əlavə, istehsal müəssisəsitərəfindən mütəmadi olaraq müxtəlif sosial layihələrreallaşdırılır, aztəminatlı ailələrə bayram sovqatlarıtəqdim edilir. Media tur zamanı jurnalistlərə MasazırGölünün milli sərvət hesab edildiyi və onun ekolojibalansının qorunmasına xüsusi önəm verildiyi bildirildi.



Daha sonra media mənsublarının və aşpazların suallarınıcavablandıran marketinq müdiri Lamiyə Bayramova qidaduzlarının 3-cü, 2-ci, 1-ci, əla və ekstra olmaqla beşnövünün olduğunu, zavodda əla növ xörək və ekstra növsüfrə duzlarının istehsal edildiyini bildirib. Bunlar isə, ənüstün keyfiyyət hesab olunur. Hazırda müəssisədəistehlakçlar tərəfindən sevilən pendir və turşu duzları iləbərabər hər kəs tərəfindən çox yüksək qiymətləndiriləcəkmanqal duzu da istehsal edilir. Lamiyə Bayramovanınsözlərinə görə, duzun keyfiyyət göstəricilərinin yüksəkolması sayəsində Ukrayna, Rusiya və Qazaxıstan kimibütün dünyaya duz ixrac edən ölkələrə məhsul satışıimkanları artıb. Həmçinin yaxın zamanlarda ABŞ vəKanadaya duz ixracının həyata keçirilməsi üçünmüqavilələrin imzalanması nəzərdə tutulub. Ötən ilinsonundan etibarən müəssisədə "Kosher” sertifikatlı duzda istehsal olunur ki, həm ölkə daxilindən, həm dəxaricdən sifarişlər alınır.

Müəssisənin Logistika və satış bölmə müdiri SüleymanRəhimov burada qida ilə yanaşı, qida sənayesi, qeyri-qida sənayesi və texniki duzların istehsal edildiyinisöyləyib. Masazır Duz Zavodu ölkəmizdə ekstrakeyfiyyətli duzdan tablet duzunun istehsalını həyatakeçirən yeganə müəssisədir. Tablet duzları su təmizləməsistemlərində, hovuzlarda, filtrlərin təmizlənməsində, qazanxanalarda istifadə olunur.



Ziyarət çərçivəsində müasir avadanlıqlarla təchiz edilmişlaboratoriyaya baş çəkən qonaqlara keyfiyyətə nəzarətinən yüksək səviyyədə təmin edildiyi və şirkətlər qrupununMüşahidə Şurasının sədri Abdolbari Goozalın buməsələyə xüsusi həssaslıqla yanaşdığı bildirildi. "Azərsun Holdinq”in rəhbərinin keyfiyyət fəlsəfəsinəuyğun olaraq bütün müəssisələrdə olduğu kimi burada da keyfiyyətə xüsusi önəm verilir. Keyfiyyət – xammal, qablaşdırma, son məhsul, kadrlar və bütün digərməsələlərdə əsas ünsür hesab edilir.

İstehsal prosesi barədə məlumat verən istehsal sahə rəisiRuslan Allahverdiyev ən müasir texnika vəavadanlıqlardan istifadə edildiyini bildirdi. Jurnalistlərəbütün prosesi əyani şəkildə nümayiş etdirən mütəxəssisistehsal olunan ekstra növ duzların minimum 99.7 faiznatrium xloriddən ibarət olduğunu və bu göstəricininbütün dünya üzrə çox yüksək olduğunu. Duz Zavodundaqida duzları ilə bərabər sənaye duzlarının da istehsaledildiyini dedi.

KİV nümayəndələri və Azərbaycan KulinariyaMütəxəssislərinin Assosiasiyasının üzvləri kulinarlarzavodun avtomatlaşdırılmış idarəetmə otağındakıprosesləri də izləyiblər. Onlar burada son texnologiya ilətəchiz edilmiş zavodun, istehsal prosesindəki cihazlarınmərhələlərlə işlənməsi ilə tanış olublar. Jurnalistlərinsuallarını cavablandıran Tural Əsgərov duzunyodlaşdırılmasının vacibliyindən danışdı, ev şəraitindəadi su ilə duzu qataraq duzun keyfiyyətini müəyyənetməyin mümkün olduğunu söyləyərək bu prosesinümayiş etdirdi.

Qeyd edək ki, Masazır Duz Zavodunda istehsal olunanməhsullar "Azərbaycan Respublikasında qidatəhlükəsizliyinin təmin edilməsinə” dair dövlətproqramına uyğun olaraq istehsal edilir və AzərbaycanQida Təhlükəsizliyi Agentliyinin mütəmadi olaraqapardığı monitorinqlərin nəticələrinə görə yüksəkqiymətləndirilir.