adalet.az header logo
  • Bakı 19°C
13 Mart 2020 17:46
9895
GÜNDƏM
A- A+

Koronavirisla bağlı müayinələr xüsusi laborator şəraitində aparılır

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) karonavirusa görə ekspress testlərinin hazırlanması üçün işlər aparılır. Ola bilsin ki, bu, bir müddət sonra mümkün olsun. Hazırkı şəraitdə isə ÜST-ün testləri ilə müayinələr xüsusi laborator şəraitində aparılır.

Adalet.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının koronavirus pandemiyasına (COVID-19) qarşı Azərbaycan hökümətinin gördüyü hazırlıq tədbirlərinə dəstək göstərmək üçün ölkəmizə gəlmiş missiya rəhbəri Karolina Braun deyib.
Onun sözlərinə görə, bu virus yeni olduğundan bir çox ölkələr ona qarşı test hazırlaya bilmirlər. buna görə də ölkələr testləri ÜST-dən alır.

ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib ki, Azərbaycanda yaya qədər virusun yayılması göstəricisinin azalmasını indidən demək çətindir:

"Yay aylarında virusun yayılması hallarının səngiməsi ilə bağlı demək istəyirəm ki, hazırda Çində yoluxma faizi azalır. Lakin orada yeni faktların aşkarlanmaması üçün qabaqlayıcı tədbirlər bu gün də davam etdirilir".