Artıq koronovirus epidemiyasının dünyanı cənginə aldığı, dövlətləri və xalqları təhlükəli duruma saldığı danılmaz faktdır. Başımızın üstündə növbəti ölüm kabusu var desək, yanılmarıq. Əslində əvvəldən bu epidemiyayla bağlı məndə heç bir münasibət yaranmırdı. Çində,Vyetnamda, İranda baş verən ölüm halları məni qətiyyən həyəcanlandırmırdı. Axı, yaranışdan beynimizə doldurulub ki, səbəbsiz yerə yarpaq ağacdan düşməz, əgər Allah izn verməsə...
Bu virus Bakıya varid olandan, insan ölümü gerçekləşəndən sonra yenə də qorxmasam da, millətimin, xalqımın səhiyyə sahəsində ümidsizliklərinə görə, həyəcan keçirməyə bilmədim.
Birinci variant
Allaha olan böyük inamımdan irəli gələn bir fikirlə internet üzərindən araşdırma aparmağa başladım: Həzrət Peyğəmbər (s) buyurur: "Üç günahın cəzası Qiyamətə qədər qalmaz və elə bu dünyada cəzalandırılar:
İkinci variant
1-ci müəmma-2008-ci ildə "End of Days” (Günlərin sonu) adı ilə çap edilən kitabda koronavirusdan bəhs edildiyi ortaya çıxıb. 12 il öncə dünyanın sonu ilə bağlı kəhanətlərin yer aldığı kitabda dövrümüzün qorxunc virusundan bəhs edilir.
"2020-ci ildə ağciyərlərə və bronxlara yoluxan və bütün müalicə üsullarını dəf edən yeni bir xəstəlik dünyaya yayılacaq. Xəstəliyi özündən daha təəccüblü edən məqam sürətlə yayıldığı kimi sürətlə yox olmasıdır. 10 il sonra təkrar peyda olacaq və o zaman virus tamamən yox olacaq”, - deyə kitabda yazılır.
Qeyd edək ki, kitabın müəllifi Silviya Brounidir.
2-ci müəmma-İlk bölümü 1989-cu ildə yayımlanan ABŞ cizgi filmi "Simpsonlar”ın ("The Simpsons”) 1993-cü ildə çəkildiyi iddia edilən bir bölümündə koronavirusa aid izlər olduğu ortaya çıxdı.
İddiaya görə film 27 il əvvəl Çində bir virus yayılacağından xəbər verib. Sözügedən bölümdə Simpsonlar ailəsinə Çindən poçt ilə bir paket gəlir və bu paket nəticəsində ABŞ-da keçici xəstəlik yayılır.
Filmin bu kəhanəti sosial mediada da gündəm oldu, tvitterdə bununla bağlı bir çox tvit atıldı.
Qeyd edək ki, "Simpsonlar” cizgi filmi bir çox öncəgörmə iddiaları ilə məşhurdur. Amerikadakı qoşa qüllənin yıxılmasından 5-6 il əvvəl həmin cizgi filmində bu hadisəyə işarələrin olduğu aşkarlandı.
Doğrudanmı, son zamanların şayələrinə görə, koronovirus böyük laboratoriyalarda hazırlanıb? Yaxud, Allahın yolunu azmış insanlara göndərdiyi bir cəzadır? Siz nə düşünürsünüz?
Əntiqə Rəşid