adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
13 Mart 2020 13:16
28344
DÜNYA
A- A+

Çində koronavirusla bağlı məxfi materiallar ortaya çıxıb

Çində COVID-19-a ilk yoluxma halı 2019-cu ilin noyabr ayının 17-də Hubeydə qeydə alınıb. Bu barədə "South China Morning Post” Çin hökumətinin məlumatlarına istinadən yazıb. Həkimlərin sözlərinə görə, tibbi işçiləri yeni virusla üzləşdiklərini yalnız dekabrın sonlarında başa düşüblər.

Bundan əvvəl COVID-19-ailk yoluxmanın rəsmi olaraq 2019-cu ilin dekabr ayında Uhanda qeydə alındığı bildirilirdi. Hesab olunurdu ki, yoluxma ekzotik heyvanlar və onların ətlərinin satıldığı yerli bazardan başlayıb. Ehtimala görə, virus insana heyvandan keçmişdi.

Ekspertlər belə hesab edirlər ki, əslində, yoluxma daha əvvəl başlayıb, lakin rəsmi olaraq təsdiq olunmayıb.

"South China Morning Post”un məlumatına görə, 2019-cu ildə azı 266 nəfər koronavirusa yoluxub və müəyyən müddət həkimlərin nəzarətində olub.

İlk yoluxan şəxsin Hubeyin 55 yaşlı sakini olduğu düşünülür. O, noyabrın 17-dəhəkimə müraciət edib.

Bundan sonra hər gün 1-5 yeni yoluxma halı qeydə alınmağa başlayıb. Dekabrın 15-də yoluxma hallarının sayı 27-yə, həmin ayın 20-də isə 60-a yüksəlib.

Dekabrın 27-də Hubey xəstəxanalarından birinin həkimi Çjan Tszisyan Dövlət Səhiyyə Komitəsinə yeni tip koronavirus barədə məlumat verib. Həmin vaxta kimi artıq 180-dən çox insan xəstəliyə yoluxmuşdu. Cari ilin yanvarın 1-də isə bu göstərici 381-ə yüksəlmişdi.

Bununla yanaşı, Uhan administrasiyası yanvarın 11-də regionda cəmi 41 yoluxma halının olduğunu bəyan etmişdi.

Hazırda infeksiyanın mənbəyini tapmaq üçün alimlər "sıfır saylıpasiyent"in kimliyini müəyyənləşdirməyə çalışırlar.