adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Mart 2020 09:11
47578
ŞOU-BİZNES
A- A+

Roza meyxanaçı Namiqə niyə “xaraktersiz”dedi - Səbəb...?

Hər zaman kəskin sözləri, qalmaqallı açıqlamaları ilə gündəm olmağa çalışan müğənni Roza Zərgərli bu dəfə də gündəmə düşməyi bacardı. Müğənni küsülü olduğu meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı təhqirə bərabər bir qalmaqallı açıqlama verib.

Adalet.az xəbər verir ki, sənətçi"Xəzər” TV-də yayımlanan"X Maqazin” verilişində ona ünvanlanan sənətçi adlarına münasibət bildirib.

Namiqin adı çəkiləndə isə Roza "Xaraktersizdir... Onun haqqında bufikirdəyəm. Sözününüstündə dayanmır” cavabını verib.

Qeyd edək ki, ikili arasındakı gərginliyin səbəbi Namiqin Rozanın verilişinə gəlməyə razı olmamasıdır.

Əslində bu söhbətin kökü iki il əvvələ gedib çıxır. Roza Zərgərli Namiq Qaraçuxurlunu öz verlişinə dəvət etsə də meyxanaçı həmin verlişə gəlməkdən imtina etmişdi. R. Zərgərli o vaxt da qalmaqallı sözlər demişdi və meyxanaçı onun cavabını vermişdi: "Roza xanım da gözəl bilir ki, bunu gündəmə gəlmək üçün edib. Tamaşaçıların da rəylərindən göründü ki, birmənalı şəkildə bunu nə üçün etdiyini anlayıblar. Yəni mən şərt qoymamışam ki, bu olsa gələrəm.Demişəm gəlmirəm. Səbəb soruşub. Demişəm ki, filan aparıcı bir neçə gündür xahiş edir ki, meyxanaçılarla birgə verilişə çıxın. Mən imtina etmişəm. Sizin verilişə gəlsəm, inciyəcəklər. Sadəcə başqalarına imtina etmişdim, ora getməyim doğru olmazdı. Səbəb bu idi. Yenə də deyirəm bu yalnız onun özünə xidmət edir. Amma münasibətə xələl gətirməyə dəyməzdi. Şişirtmək məntiqsizdir".

Qeyd edək ki, Namiqdən cavab gözləməyin, o iki il əvvəl açıqlamasını verib.

Əntiqə Rəşid