adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Azərbaycan qadınının daşı düşsün təpənizə - Emin Piri yazır

Emin Piri
128694 | 2020-03-16 09:50

Azərbaycan qadını Azərbaycan yazıçısını anlamır, başa düşmür və.s. Bu tipli statuslara, yazılara, açıqlamalaratez-tez rast gəlirik. Bu, yazıçı həssaslığı, ərköyünlüyündən, hər hansıhaqsızlığa məruz qalmasından, uğursuzluğa haqq qazandırmaq təhtəlşüurundan irəligələ bilər. Bəs, Azərbaycan yazıçısı nə istəyir? Sanki əsərlərimizləqalaktikaları aşacaqdıq, onlar imkan vermir. Nə istəyirik? Sevgi, qayğı, yataq,mətbəx, ütülü paltar, ev işləri, möhtəşəm analıq, əzab-əziyyətə sinə gəlmək,sadiqlik, üstəgəl yazdıqlarımıza, yerli-yersiz vərdiş və ərköyünlüyümüzəanlayış. Bu qədər ideal. Absurd olmadımı?

Bu qədər ideallıq yalnız Tanrıya məxsus ola bilər.Bəlkə axtardığımız məhz Tanrıdı? Elə isə bütün bunları qadından niyə gözləyək?

Sanki bunlar(oxu: Azərbaycan yazıçısı) magik realizmlə oxucunutilsimləyəcəkdilər, amma yazı masasının yanından keçən yoldaşının ayaq tıqqıltısıbu hipnozu pozdu.

"Patriarxın payızı”ndakı kimi qırılmış yumurtaları kimin hesabınayazmağı düşünürdülər, amma Markes kimi 90-lı yaşlarda hüznlü fahişələri dadmağabu cəmiyyət, bu cəmiyyətin qadınları mane oldu deyə alınmadı. Qırılmışyumurtaların taleyisə naməlum qaldı.

Əmin olun, bunlar Dostoyevskidən də böyük əsərlərini ehtiyatdasaxlayırlar. Sadəcə bir maneə var. O ədib kimi arvadlarının nişan üzüyünüqumara, içkiyə yatırmaq. Bizim yazıçıların arvadları buna könüllü razıolmadığına görə biz də "Cinayət və cəza”, "İdiot” kimi əsərlərdən məhrumolmuşuq. Əsər var, sadəcə, üzüyü qumara, içkiyə yatıra bilmirlər deyə alınmır.Bəlkə də yatırırlar, sadəcə, bundan sonra əcəb etmisən alqışını görmürlər deyə ədəbiyyatdanküsür bu yazıçılar.

"Qoca və dəniz”i yazıblar, hətta ondan da yaxşı əsərləri. Sadəcə Azərbaycanxanımı bizim yazıçıların morfi qəbul etməsini istəmir deyə bu yazıçılarımız daküsüb o əsərləri çapa vermir.

Şeiriyyatda Bayrondan daha ötəsi kimi özlərini dünyada təsdiqlədə bilərlər.Amma bir əmma var. Onun kimi bir ildə 300-dən artıq sevgili dəyişmək. Azərbaycanxanımı bunu anlamır deyə dünya bizim böyük dahilərdən məhrum olub.

Əsərlərlə deyil, qeyri-sağlam yaşam tərzinin müqayisəsi ilə yazıçı həssaslığıinsani hiss deyil, sadəcə xəstəlikdir. Sadəcə içlərində yatan əyyaş, narkoman, qumarbaz obrazını ədəbiyyatadıyla sığortalamaq, müqayisəni mətnlə yox, yaşam tərziylə götürmək ikrahdoğurur.

Azərbaycan kişisi heç olmasa, bacara bildiyi sahədə-mətnində Azərbaycanxanımına necə toxunub? Istisnaları kənara qoyaq. Yaşlı qadınlarımız əsasən küpəgirən,deyingən, evlər yıxan obrazdı. Xarici mətnlərdəsə o qoca nənələri sadəcə sevəbilirsən. Bəzi "cadı”-sehrbazları çıxmaqla.

Gənc xanımlardansa, əksərhallarda başı batmış əğyara yar olan, vəfasız və.s. Bircə gözəlliyindəndanışılır. Daxili dünyasına, ruh aləminə böyük hallarda keçid edilmir.Uzaqbaşı özü gözəl, daxili dünyasıolmayan hərəkət edən "ət” kimi. Nə qədər incələsəniz də aşağı-yuxarı mətnlərimizdəfaiz çoxluğu belədir. Hə, yarada bilinən müsbət obrazların böyük əksəriyyəti isəmətn kimi uğursuzdu.

Heç nə yox, "Gombul” da yazıçının bir fransız fahişədən necə qəhrəmanobrazı yarada bilməsini düşünsək biz mətnlərimizdə xanımlarımıza nə qədərhaqsız yanaşmağımızı görə bilərik. Əlbəttə, bu əsərdə əxlaqın əslində həyat tərzivə.s ilə əlaqəli olmaması, bəzi vətənpərvərlərin əslində necə işbaz olması mənalanmalarınımüzakirə etmirəm. Bu ayrı mövzunun müzakirəsidir. Amma nəticə ortada.

Ilişib qalmışıq Milenalarda, Dianalarda. A kişi,şeirimizdə belə Azərbaycan xanım adlarını çəkməyi onlara çox bilirik. Yada bizim şairlərin düşüncə tərzində Azərbaycan qadınının adı ya bayağıdır, yada bu həsr edilməklərə layiq deyil. Ona görə həsr etdiyimiz şeirlər avropalıxanım adlarına müraciətlədir. Bunun Günelləri, Leylaları, Günayları, Aytəkinlərihanı?! Guya inteqrasiya edirik də, biz müasir avropalı şairlərik, axı. Əmin olunki, bizə gözəl görünən bir çox əcnəbi xanım adları vaxtilə onların Tükəzbanları,Fatmanisələri olub. Adı sevdirən adın məxsus olduğu insanın özünün necə uğurqazanması və məlum əsərlərlə necə sevdirilməsidir.

Azərbaycan qadını olmasaydı Azərbaycan yazıçısı ən yaxşı halda bomjolardı. Göydən uydurmuram e, elə öz təcrübəmdən, tanıdıqlarıma əsasən deyirəm.

Heç zad, Azərbaycan qadınının daşı düşsün təpənizə.


TƏQVİM / ARXİV