adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Mart 2020 09:14
37687
ŞOU-BİZNES
A- A+

Cazibədarların paradı - Soyundular...

Yazın gəlişi ilə bağlı təbiətdəki canlama göz qabağındadı. Havalar isinir, quşların səsi aləmi başına götürüb, çiçəklər, güllər ətrafa xoş rahiyyə yayır. Belə bir zamanda şou-biznes dünyasında da sakit dayanmaq mümkün deyil. Soyunan məşhurlar dübarə soyunurlar. Yazın gəlişi ilə istilənən dünya gözəlləri- modellər bu fürsəti qaçırarlarmı?

Məsələn, məşhur model Demi Rouz növbəti dəfə sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. "İngilis gülü” ləqəbli məşhur ABŞ-da "cəsarətli” fotosessiya edib. 24 yaşlı model "Instagram”da transparan çimərlik geyimi ilə diqqətləri üzərinə çəkib. 13 milyondan çox izləyicisi olan modelin bu paylaşımını 800 minə yaxın sosial şəbəkə istifadəçisi bəyənib. Görünən odur ki, sosial şəbəkə istifadəçiləridə əməllicə istilənib və tərləyiblər.


Sonra isə "qonşudan qalma dala” prinsipini əldə rəhbər tutan daha bir model "yaylayıb”. Yəni, dünyanın ən gözəl qadını adlandırılan model Bella Hadid sosial şəbəkəni silkələyən daha bir paylaşımla gündəmə gəlib.



Adalet.az xəbər verir ki, cazibədar modelin "Instagram” paylaşımı qısa vaxtda 700 minə yaxın izləyicisi tərəfindən bəyənilib. "Instagram”da 29 milyon izləyicisi olan Hadid yarıçılpaq fotosunu "Mənə şirin nəsə verin” başlığı ilə paylaşıb. Amma xəbər ala bilmədim ki, görüm, izləyiciləri Bella xanıma "şirin nəsə” tapıb verə biliblər, ya yox. Narahat olmayın, qoçaq qızdı, özü tapacaq.


Dünyaca məşhur müğənni Rihanna soyunanda məqsədli şəkildə soyunub. Soyunmağından qazanc da əldə edə bilib. O, alt paltarı brendi "Savage x Fenty"nin yeni kolleksiyası üçün fotosessiya etdirib.

Brendin yeni geyimləri üçün ifaçı ilə yanaşı bir neçə model də kamera qarşısına keçib. Bu dəfə sənətçi dizayn etdiyi geyimləri bütün növ bədən ölçüləri üçün nəzərdə tutub. Yəni ki, əyninə nə gəldi geyinib.


Məşhur model Naomi Kempbell son görünüşü ilə hər kəsi təəccübləndirib. Ömründə əyni normal paltar görməyən Naomi koronavirusdan qorunmaq üçün ciddi tədbirlər görüb.Aldan geyinib, üstən qıfıllanıb, üstən geyinib altdan qıfıllanıb. Naomi Kempbell geydiyi tulum, əlcək və taxdığı maska ilə virusu nə qədər ciddi qəbul etdiyini nümayiş etdirib və bu barədə şəkillərini sosial media hesabından paylaşıb.

Yaz belə gəlibsə, gör yay necə olacaq....!?

Əntiqə Rəşid