adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
13 Mart 2020 10:42
26548
KRİMİNAL
A- A+

Bakıda gənc oğlan küçədə bıçaqlandı

Bakıda gənc oğlan bıçaqlanıb.

Hadisə Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 23 ünvanının qarşısında baş verib.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü İlkin Hüseynov bıçaq xəsarətləri ilə 3 saylı şəhər Şəhər Klinik Xəstəxanasına gətirilərək əməliyyat olunub.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Elvin Həsənov saxlanılıb.

Faktla bağlı Nərimanov rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.