adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
13 Mart 2020 10:32
35179
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: PIÇILTI

Mən yazdığım hər sözün
Çəkisini bilirəm...
Kirpiyinin nəmini -
kirpiyimlə silirəm...

Qələm - ürək əlində
Sözsə ruhun dilində...
Sənin kimi gülün də -
Gülüşündə gülürəm!..

Tək and yerimsən - pirsən
Tanrım kimisən - birsən!
Sevgi dini tək sirsən -
Öyrənməyə gəlirəm!...

Dünya geniş, ya da dar
İlk və son sözümdü -YAR!
Mənim nədə haqqım var -
Onu sənlə bölürəm!