adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 Mart 2020 10:19
27130
KRİMİNAL
A- A+

Bakıda 2 silahlı şəxs yaxalandı

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də 33 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Adalet.az-a verilən məlumata görə, onlardan 9-u əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Narkotiklərlə əlaqəli 5, quldurluq üzrə 1, silah-sursat üzrə 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 13 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 29 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 5 nəfər tapılaraq ailəsinə təhvil verilib.