adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Mart 2020 23:40
8738
HADİSƏ
A- A+

Sumqayıtda qadın meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1942-ci il təvəllüdlü Lyuba Qayıbovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.