adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Mart 2020 21:29
63721
MƏDƏNİYYƏT
A- A+

Müslüm Maqomayevin heykəli Dənizkənarı Milli Parkda ucaldılacaq

Müslüm Maqomayevin heykəli Dənizkənarı Milli Park ərazisində ucaldılacaq”.

Bu barədəOxu.Az-a M.Maqomayevin heykəlini hazırlayacaq Xalq rəssamı, heykəltəraş Ömər Eldarov məlumat verib.

Ö.Eldarovun sözlərinə görə, artıq heykəlin layihələndirilməsinə başlanıb:

"Heykəlin müəllifi kimi deyə bilərəm ki, abidə üçün ən münasib yer kimi Dənizkənarı Milli Park ərazisini nəzərdə tutmuşuq. Hələ ki, heykəlin modelini hazırlamamışam. Təxminən 5-6 ay ərzində eskizi tamamlayacağam. İlkin olaraq heykəlin hündürlüyünün 3 metrə yaxın olacağını deyə bilərəm. Abidənin tam hazır olacağı tarixi söyləmək hələ tezdir”.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalanıb.