adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
12 Mart 2020 20:45
24489
KRİMİNAL
A- A+

Bakı polisi daha bir narkotaciri 5 kq narkotiklə yaxaladı

Bakıda narkotika alverçisi külli miqdarda narkotiklə yaxalanıb.

Bununla bağlı Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşları əməliyyat keçirib. Əməliyyat qrupunun daxil olan məlumat əsasında Lökbatan qəsəbəsi ərazisində keçirdiyi əməliyyat nəticəsində əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsində əqsirləndirilərək məhkum olunan 1972-ci il təvəllüdlü N.Nəcəfov saxlanılıb.

Saxlanılan zaman onun üzərindən 50,447 qram tiryək, 12,287 qram merafetamen, çəkisi 1,92 qram olan 48 ədəd metodon həbi aşkar edilib. N.Nəcəfovun idarə etdiyi "Nissan" markalı minik avtomobilinə baxış keçirərkən isə avtomobilin yük yerindən 5 kiloqramdan artıq narkotik maddə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.