adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
12 Mart 2020 20:07
25420
MƏMLƏKƏT
A- A+

Azərbaycan-İran sərhədinin bağlanma müddəti uzadıldı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə 29 fevral 2020-ci il tarixində qəbul edilən İran ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanmasına dair qərar növbəti iki həftə müddətinə uzadılıb.

Bu barədə Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan bildirilib.