adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Mart 2020 16:29
10081
MƏMLƏKƏT
A- A+

Ötən iki ayda 112 yaşayış binasına qaz verilib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Bakı şəhərində bir çox binanın istismara qəbulu prosesi bu il də diqqətdə saxlanılır.

"Azəriqaz” İstehsalat Birliyindən Adalet.az-a  bildirilib ki, Fərmandan irəli gələn məsələlərin operativ həlli məqsədilə İstehsalat Birliyi müvafiq tədbirlərini davam etdirir.

Belə ki, 2020-ci il yanvar ayının 7-dən fevral ayının 29-dək 112 yaşayış binası üzrə 5097 mənzil təbii qazla təmin olunub.