adalet.az header logo
  • Bakı 13°C
12 Mart 2020 14:48
24520
KRİMİNAL
A- A+

Abşeronda külli miqdarda narkotik vasitə aşkarlanıb

Abşeron rayon sakinindən külli miqdarda narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Abşeron RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayon sakini R.Süleymanovdan 101 qramdan artıq heroin, 305 qram həşiş, 45 qramdan artıq metamfetamin, 570 qram marixuana və 1 ədəd elektron tərəzi götürülmüşdür.