adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Mart 2020 10:24
11598
GÜNDƏM
A- A+

VAHİD QAZİ: «İNTERNETSİZ QALMAQ»

İsveç hökuməti koronavirusla bağlı fövqəladə tədbirlər planını açıqladı. Vəziyyətin pandemiya səviyyəsinə çatdığını elan etdi. Bu xəbər adi hal imiş kimi evdə çox sakit qarşılandı.

Elə ki, Comhem şirkətindən martın 18-dək internetin olmayacağı xəbəri gəldi, evdə qiyam başladı: «Ata, belə şey olar, bir həftə internetsiz qalacağıq?!» Pandemiya deyilmiş zəmanənin bəlası,sən demə internetsiz qalmaqmış!