adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
16 Mart 2020 09:25
53061
ŞOU-BİZNES
A- A+

Şou-biznesdən maraqlı nüanslar - Qiybət...

Yadınızdadırsa, ötən il müğənni Türkan Vəlizadə müsahibələrinin birində qulaq falına çıxdığını, papaq atdığını demişdi axı:"Papaq da atmışam, qapı da pusmuşam. Papaq atdığıma görə mamam o qədər döydü ki, ələ gələsi olmadım”.

Bu il isə Novruz inancları ilə bağlı daha maraqlı bir açıqlama verib:"Məncə bayram falların etməyən qız yoxdur. Hamımız üçün maraqlıdır. Mən də vaxtı ilə etmişəm. Üzük falına baxmışam. Qırx yaşıma kimi üzük fırlandı. Ona inansaq, onda qırx yaşımda ərə gedəcəm. Amma inanmıram ki, o vaxta kimi qalım. Bəlkə də özümə təsəlli verirəm. Amma çox maraqlıdır bu cür fallar".

Adalet.az xəbər verir ki, bu sözləri də məşhur müğənni Türkan Vəlizadə "ATV" kanalında yayımlanan "Şou Atv" verilişində qonaq olarkən söyləyib. Veriliş zamanı müğənni Novruz bayramının fallarından danışıb. Türkan bildirib ki, bir zamanlar belə fallardan çox edib və eyni zamanda inanmadığını önə çəkib.

Yeri gelmişkən, Xəzər TV-yə yeni rəhbər təyin olunan Xalq artisti Murad Dadaşov kanalın efir siyasətində bir sıra dəyişikliklər etməyə qərar verib axı. O, Xəzər TV-nin efirində gözünə daha çox görünən müğənnilərə - Şəbnəm Tovuzlunun, Manaf Ağayevin, Mətanət Əsədovanın, Damlanın ekrana çıxmasına qadağa qoydu. Qəflətən bu gün xəbər gəldi ki şou-biznesin daha 3 tanınmış siması bu qadağaya tuş gəlib. Bunlar Pərviz Bülbülə, Türkan Vəlizadə və Vasif Əzimovdur. Qarşıdan Novruz bayramı gəlir, ay Türkan, qulaq falına çıx gör, bu nə müsibətdi, başına gəlir?


Türkan Vəlizadə 40 yaşına kimi gözləməkdə olsun, sizə xəbər verək, təzəcə nişanlanmış, çiçəyi burnunda Sevda Yəhyayevadan ...




Sevda nişanlısı haqqında məlumatı sosial şəbəkəyə artıq sızdırıb. Beləki, nişanlı oğlan- Zakir Bayramovun Latviada çəkilmiş fotosunu sosial şəbəkə hesabında paylaşıb. Onun fotosu izləyicilərin marağına səbəb olub. Sən demə, Sevdanın nişanlısı "Leyla Şıxlinskaya” klinikasında genetik-laborant olaraq çalışır. Sevda-Zakir cütlüyünə oğullu-uşaqlı olmağı arzulayıb, yönümüzü tutduq başqa səmtə... Sevilən cütlüklər -Zaur və Günay haqqında da bir xəbər var.



Günay Baxşəliyeva dinc durmayıb, həyat yoldaşı Zaurun yatan fotosunu çəkib sosial şəbəkədə paylaşıb. O fotoya, "Mən çəkilişdən Zaur isə canlı verilişdən sonra yorğun -arğın... Allah heç kimin əziyyətini yerdə qoymasın" şərhini yazıb.
Amma Zaurun şirin-şirin yatışı yadıma bir filmdən bir frazanı saldı. Deməli, "Dədə Qorqud” filmində kafir düşmənlər Qazan xanın əlini- qolunu bağlayıb arabada aparırlar. .Təbii, yatmış halda. Qəflətən xan oyanır, ətrafa baxır və gülür. Düşmən əsgərləri soruşur: Niyə gülürsən? Xan cavab verir:”İndicə, özümü yuxuda körpə kimi görmüşəm, arabanı da beşiyim bilmişəm. Elə bilmişəmki, sizdə ətrafımdakı yumru, matan dayələrsiniz... " 
Görəsən, Zaur nə görür yuxuda??



Əgər , mövzu ərin fotosunu sosial şəbəkədə yaymaqdısa, "Eurovision” təmsilçilərimizdən olan Səfurə Əliyeva niyə bu prosesdən kənarda qalmalıdır ki? O da həyat yoldaşı Fərhad Əliyevlə yeni fotosunu paylaşıb. Onların ailə fotosu izləyicilər tərəfindən maraqla qarşılanıb. Safurə fotosuna ürək şərhini qoyub. Bilirsiniz də, Fərhad bəy mərhum energetika naziri Natiq Əliyevin oğludur. Fərhad və Safurənində üç övladı var. Beləliklə, şou-biznesimizin maraqlı nümayəndələri ilə bağlı maraqlı nüansları nəzərinizə çatdırdıq.

Əntiqə Rəşid