adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Mart 2020 12:43
54850
ƏDƏBİYYAT
A- A+

Heç kimi bəyənməyən klassiklər

Sonra da deyirsiniz ki, indiki şairlər heç kimi bəyənmir. Buyurun, oxuyun.

1. Şeirdən ucalıq umma dünyada
Çünki Nizamilə qurtardı o da. (Nizami)

2. a) Şairlərin qabağına düşüb gedir Xaqani -
Neçə köpük öndə gedir, dalınca su karvanı. (Xaqani)

b) Nə qədər dansa da hər nadan kişi,
Mənimlə bitmişdir söz yonmaq işi. (Xaqani)

3. Mən elə bir süfrə açdım sözdən əhli-aləmə
Ondan bir zövq artıran hər dürlü nemət düzmüşəm. (Füzuli)

4. Dərs alanlar gəlsin məndən dərs alsın. (Aşıq Alı)

5. Ələsgərəm, hər elmdən halıyam. (Aşıq Ələsgər)

6. "Bənzərəm bir qocaman dağa ki, dəryada durar..." (Sabir)

7. Vahid, səni zəmanə yetirməz dübarə bir dənəsən. (Əliağa Vahid)

8. Dünyanı tutub təntəneyi-fəzlü-kamalım,
Aləmləri təsxir qılan möhtəşəməm mən. (Seyid Əzim Şirvani)