adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Mart 2020 11:56
5145
SAĞLAMLIQ
A- A+

Vaqif Qarayev: Korona bioloji silahdırmı?!

 Tramp Avropadan ölkəsinə girişə qadağa qoyub....24 ştatda fövqəladə vəziyyət elan olunub...
Çində vəziyyət yaxşılaşır, epidemiya sönməyə doğru gedir...Amma Avropada vəziyyət pisləşir....İtaliya, Fransa, Almaniya təhlükəli ölkələr sırasındadır....İranda da vəziyyət hələlik xoşagələn deyil...İsrail həkimlərinin koronaya qarşı vaksin hazırladıqları barədə xəbərlər tirajlanır....hələ klinik sınaq mərhələsindədir..virusun spesifik dərmanı isə hələ tapılmayıb...

Gələk özümüzə....vəziyyət bu günə stabildir...təki belə davam eləsin...

Epidemiyanın, karantinin bütün dünyada qəbul olunmuş qaydaları var...Xəstələr TƏCRİD olunmalıdır, sağlam insanlar SIX TOPLAŞMAMALIDIR və ümumi gigiyenik qaydalara əməl etməlidir!!! Əməl edirikmi? Səhər saat 9-da bankın qarşısında təxminən 100 adam gördüm....hamı həyəcanlıdır! Koronanın iqtisadi çöküş yaradacağı gözlənilən idi....bizdə ənənəvi olaraq əhali rəsmilərin dediyinə inanmır...inandırın insanları....Kİ sıx toplaşMAsınlar!

Bu arada koronanın bioloji silah kimi icad edildiyi barədə söhbətlər güclənir.....ya zəlzələdən, ya vəlvələdən bu günə dünyadakı mənzərə belədir!

Özümüzü qoruyaq!!!