adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
12 Mart 2020 10:08
34871
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: Cavabsız sual....

Sonuncu ümid kimi

yapışıram
telefonun
dəstəyindən...

İçimdə
bir təlaş var -
qorxuram
hansısa soyuq sözün
sonuncu
ümidimə
uzanan əlimi-
kəsməyindən...

odur ki,
dözürəm
içimdə çəkdiklərimə
və bir də

danışmıram
taleyimin tez-tez
məni incidib
özünün küsməyindən...

görəsən
zəng çalsam
bax elə indicə...
bu an
nömrəni yığsam -
dəstək
düşməyəcək ki,
əlimdən...