adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 Mart 2020 02:33
17299
İDMAN
A- A+

"PSJ" Çempionlar Liqasının 1/8 finalının cavab matçında "Borussiya"nı məğlub edib

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda Almaniyanın "Borussiya" (Dortmund) komandası 2:0 hesabı ilə Fransanın "PSJ" klubuna məğlub olub.

İlk oyunda 2:1 hesabı ilə "Borussiya" qalib gəlib.

Qolları Neymar (28-ci dəqiqə) və Xuan Bernat (45) vurublar.

Görüş koronavirusun yayılması ilə əlaqədar boş tribunalarla keçirilib.

Xatırladaq ki, daha əvvəl Almaniyanın "Leypsiq"i və İtaliyanın "Atalanta"sı 1/4 finala yüksəliblər. Növbəti mərhələnin ilk oyunları aprelin 7 və 8-də, cavab görüşləri aprelin 14 və 15-də keçiriləcək.