adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
12 Mart 2020 00:20
10974
GÜNDƏM
A- A+

Beynəlxalq Hava Limanı təcili tibbi yardım maşınlarının olduğu videogörüntülərə münasibət bildirib

Heydər Əliyev Beynəlxalq Hava Limanı perronda toplaşan çoxlu sayda təcili tibbi yardım maşınlarının olması barədə sosial şəbəkələrdə yayılmış videogörüntülərə münasibət bildirib.

Hava limanının mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, ötən gecə İtaliyadan tranzit gələn 26 nəfər sərnişin "Ukrayna Beynəlxalq Hava Yolları”nın Kiyev-Bakı reysi ilə gətirilib.

"Koronovirusun mümkün yayılmasının qarşısının alınması məqsədilə Hökumət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində həmin sərnişinlərin karantinə yerləşdirilməsi və həkim nəzarətinə verilməsi qərara alınıb. Video görüntülərdə yayımlanmış çoxsaylı təcili tibbi yardım maşınları bununla izah olunur", - deyə aeroportun mətbuat xidməti bildirib.

Bakı Aeroportunda eyni zamanda qeyd edilib ki, 26 sərnişindən 24 nəfəri İtaliyada daimi yaşayan və ya təhsil alan Azərbaycan vətəndaşları, 2 nəfəri isə əcnəbi vətəndaşlardır.