adalet.az header logo
  • Bakı 7°C
11 Mart 2020 23:14
27100
İQTİSADİYYAT
A- A+

Azərbaycanda valyuta bazarına nəzarət gücləndiriləcək

"Yaranmış qlobal iqtisadi vəziyyət mürəkkəbdir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabinetində qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirədə Baş Nazir Əli Əsədov bildirib.

Ə. Əsədov deyib ki, vəziyyətə gündəlik əsasda nəzarət edilir və iqtisadiyyatımızda mövcud situasiya idarəolunandır: "Hökumət qlobal iqtisadiyyatda baş verən son hadisələrin ölkə iqtisadiyyatına mənfi təsirlərinin aradan qaldırılması üçün müvafiq təsir alətlərinə malikdir və zəruri olduğu halda bu alətlərdən çevik istifadə ediləcək.Neft bazarında və qlobal iqtisadiyyatda baş verən hadisələrə qarşı ölkənin kifayət həcmdə maliyyə resursları vardır. Artıq qeyd olunduğu kimi, strateji valyuta ehtiyatlarımız ümumi daxili məhsulun 100 faizini ötür və xarici dövlət borcunu 6 dəfə üstələyir. Bu baxımdan, yaranmış vəziyyətdə biznes ictimaiyyətini və əhalini təmkinli davranış nümayiş etdirməyə çağırıram. Eyni zamanda, bildirmək istəyirəm ki, valyuta bazarına nəzarət gücləndiriləcək, qeyri-qanuni hərəkətlər və yaranmış vəziyyətdən sui-istifadə hallarının qarşısı qətiyyətlə alınacaq”.