adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Mart 2020 17:22
62025
MƏDƏNİYYƏT
A- A+

Azərbaycan Dövlət Televiziyası Türkmənistanın Dövlət Televiziyası ilə əməkdaşlıq edəcək

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Türkmənistanın Dövlət Televiziya, Radio Verilişləri və Kinematoqrafiya Komitəsi arasında əməkdaşlıq haqqında Saziş” imzalanıb.

Adalet.az-ın məlumatına görə, sənədi "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və Türkmənistanın Mədəniyyət naziri Atageldi Şamıradov imzalayıblar.

Xatırladaq ki, martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub.