Ərdoğan: Aİ öhdəlikləri yerinə yetirməyənədək Ankara qaçqınlar üçün sərhədləri bağlamayacaq
Avropa İttifaqı Ankara qarşısındakı öhdəlikləri yerinə yetirməyənədək Türkiyə qaçqınlar üçün sərhədləri bağlamayacaq.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, martın 26-da Aİ liderlərinin sammitində Ankara öz gözləntilərini yenidən səsləndirəcək:
"Əgər vəd olunanları əldə etməsək qaçqınlar üçün sərhədlərin açılması qərarı qüvvədə qalacaq”.
Türkiyə prezidenti bildirib ki, Aİ 2016-cı ilin martında imzalanmış saziş üzrə öhdəlikləri yerinə yetirmir:
"Biz Avropaya qaçqın axınının qarşısını almaqla öz öhdəliyimizi yerinə yetirdik. Milyonlarla qaçqın bizdə sığınacaq tapıb. Amma Avropa nə qaçqınlar üçün maliyyə dəstəyi baxımından, nə də Türkiyə vətəndaşları üçün vizaların ləğv olunması baxımından öz vədinə əməl etməyib”.
Digər Xəbərlər
18 Aprel 2024 19:00
Azərbaycana bunun üçün 38 milyon dollar vəsait ayırdıq - ABŞ səfiri
18 Aprel 2024 17:10Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək
18 Aprel 2024 16:39"Fransa demokratik ideyaları məhv edir" - Səməd Seyidov
18 Aprel 2024 16:23"Fransa öz gözündəki tiri görmək istəmir" - Deputat
18 Aprel 2024 15:50