adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 Mart 2020 14:17
25821
İQTİSADİYYAT
A- A+

Elman Rüstəmov: Biz bütün ehtiyatlardan tam istifadə edəcəyik

Bizim strateji valyuta ehtiyatlarımızın olduğunu unutmaq lazım deyil.

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov jurnalistlərin neftin qiymətinin kəskin azalmasının milli valyutanın məzənnəsinə mümkün təsirləri ilə bağlı suallarına cavab verərkən bu haqda qeyd edib.

Sədr vurğulayıb ki, Azərbaycanda kifayət qədər valyuta ehtiyatı var:

"Kifayət qədər cari ehtiyatlarımız var. Dövlət Neft Fondunun transferləri dəyişmir. AMB-nin öz ehtiyatları var. Eyni zamanda Maliyyə Nazirliyinin əhəmiyyətli ehtiyatları var. Biz bütün ehtiyatlardan tam istifadə edəcəyik. Güman edirəm ki, problem biz gözlədiyimizdən daha tez başa çatacaq. Lakin bizim strateji valyuta ehtiyatlarımız olduğunu unutmaq lazım deyil. Əhaliyə çağırışımız ondan ibarətdir ki, öz hərəkətləri ilə bizə kömək etsinlər ki, biz bu problemi daha tez həll edək".