adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Mart 2020 09:13
31497
ŞOU-BİZNES
A- A+

Cövdət xanımı Saradan ayrıldı: Yeni sevqilisi ilə həyata davam...

Tanınmış aktyor Cövdət Şükürov ikinci dəfə ata olduğunu sosial şəbəkələrdə paylaşaraq dostlarından təbriklər qəbul etdi. Hamının xoşbəxt dediyi, ayparçası kimi bir qız, nur topu kimi bir oğul övladına sahib valideynlərin qəfil ayrılığı böyük bir çaş-başlıq yaratdı. Cövdət həyat yoldaşı Saradan ayrılıb.

Adalet.az xəbər verir ki, cütlüyün rəsmi boşanması da baş tutub.

Bu barədə danışan Cövdət ayrıldıqlarını təsdiq edib:

"Bu evlilikdən iki övladım var. Ayrılmışıq... Artıq yeni münasibətim də var. Onunla hələ evlilik planımız yoxdur”.


Aktyor Cövdət Şükürov Fidan Bayramova adlı xanımla eşq yaşayır.

Qeyd edək ki, aktyor "Təhminə və Zaur", "İmtahan" kimi maraqlı seriallardakı rolları ilə tamaçıların rəğbətini qazanıb.

Əntiqə Rəşid