adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: BACIMIZI AĞLAMAĞA GƏLMİŞİK

FAİQ QİSMƏTOĞLU
44113 | 2020-03-13 09:20

...Bir kişinin arvadı rəhmətə gedir. Camaat da axışıb gəlir onun qapısına. Kişiarvadın yeddisnə qədər birtəhər dözür. Yeddisini verəndən sonra düşünür ki, taycamaat onun qapısına gəlməyəcək. Amma görür ki, budur ey, cümə axşamı, cümə yenəarvadlar onun qapısındadır. Kişi bir aşağı baxır, bir də yuxarı, o qədər əsəbləşirki, dodağını gəmirir. Və bir cümə axşamı, cüməni də birtəhər dözür. Ancaq yenəo biri cümə axşamları və cümələrarvadlar onların qapısından əl çəkmirlər. Növbəti cümə axşamı gələndə də kişarvadları həyətdə görür və cin vurur başına:

-Ay başınıza dönüm, işiniz-gücünüz yoxdur? Hər cümə axşamı və cümə bizim evdəsiniz.Qoyun öldüyümüz yerdə ölək də, görək dərdimizi necə çəkirik?!

Arvadlardanbiri dillənir:

-Bıy, başına dönüm, a kişi, tay niyə hirslənirsən? Gəlmişik bacımızı ağlayaq da!

Kişiyenidən əsəbləşir:

-Bacınızı ağlamaq istəyirsiz?

Arvaddeyir:

-Hə!

-Bax, onda gedin qəbiristanlığa, bacınız ordadır, nə qədər istəyirsiniz ağlayın!Tay hər cümə axşamı, cümə gəlib bizim qapımızda gözünüzün yaşını tökməyin və dərdimizitəzələməyin!..

...Kişi yazığı da qınamalı deyilmiş ey! Çünki rəhmətlik arvadının dəfn günündə dəyemək verib, üçündə də, yeddisində də. Hələ üstəlik, iki cümə axşamı və cüməgünlərində də süfrə açıb...

...İndi həmin kişinin sözü olmasın, çox yerdə yeddi, cümə axşamları, cüməyığışdırılsa da, bizim Bəhmənlidə bu mərasim hələ də üç, yeddi, cümə axşamlarıvə cümə düz qırxa qədər davam eləyir. Düzdür, bizim kənddə son beş-altı ildirki, yas məclislərində yemək verilmir. Allah Füzuli rayon icra hakimiyyətininbaşçısı Alı Alıyevin ölənlərinə rəhmət eləsin, qalanların can sağlığı versin!Bunu hamı, elə kənd camaatı da çox alqışlayır. Çünki qabaqlar Bəhmənlidə yas məclisiniyola vermək üçün istər kasıb olsun, istərsə də varlı, ən azından üç-dörd cöngəkəsilməli idi. İndi şükürlər olsun ki, bunlar yığışdırlıb...

Pisodur ki, bu gün də kənddə yas mərasimi ilə bağlı bəzi köhnə adət-ənənələr hələdə qalmaqdadır. Bu barədə bir ziyalı olaraq, yas məclislərini aparan mollalarada öz fikirlərimizi çatdırmışıq. Onlar da bizimlə razılaşırlar. Məsələn,deyirik ki, respublikanın hər yerindəüçlə yeddini birləşdiriblər. Cümə və cümə axşamları da yığışdırılıb. Amma bizimkənddə üç də, keçirilir, yeddi də, cümə də, cümə axşamları da. Bu da yas sahiblərinihəddindən artıq, hətta yemək verməsələr belə yükləyir.

30-40il bundan əvvəl Bəhmənlidə çox gözəl adət vardı: cümə və cümə axşamları yassahibləri yemək bişirməz, qohum-əqrəba gücü nəyə çatır onu bişirib yas yerinə gətirərdi.Bu isə yas sahibinə çox böyük kömək idi.

İndiqayıtmaq istəyirəm üçün, yeddinin və cümə axşamlarının və cümənin verilməsigünlərinə. Bax, bu, kənd camaatını çox narahat edir. Məsələn, yaxın vaxtlarda məniməmim oğlunun həyat yoldaşı rəhmətə gedib. O da qış günündə həyətdə çadır qurub.Bu çadır düz yeddi gün onun qapısında qurulu qalıb. Və hər günə görə də çadırsahibinə 100 manat pul ödəyib. Əgər üçlə yeddi Bəhmənlidə bir gündə olsaydı, məniməmimoğlu 700 manat deyil, 300 manat pul ödəyərdi. Özü də mənim əmimoğlu elə dəimkanlı adam deyil. Yəni halal zəhmətilə ailəsini, balalarını saxlayan zəhmətkeşinsandı.

Üstəlikdə hər cümə axşamı və cümə günü qohum-əqrəba onun evindədi. Nə qədər xərciçıxmasa, hər cümə axşamı və cümədə 150-200 manat xərcləyir. Çünki orda işləyən,əziyyət çəkən, çay verən adamların özünə bir tikə çörək vermək lazımdır, yayox?! Bu minvalla gərək əmim oğlu rəhmətlik həyat yoldaşının qırxına qədər çoxçətinliklə üzləşməlidir.

Nədemək istəyirik? Heç bir adət-ənənəni qanunlarla tənzimləmək mümkün deyil. Onuxalq necə yaradıbsa, özü də nizamlamalıdır. Əgər bu gün Azərbaycanın hər yerindəyeddi məclisi üçlə birləşdirilibsə və eyni zamanda cümə axşamları və cüməyığışdırılıbsa, bəs onda Bəhmənlidə niyə bu cür camaata və el-obaya ziyan verənənənə qalmalıdır?! Təbii ki, bu barədə ilk növbədə məclisi aparan mollalarcamaatı inandırmalı və bildirməlidilər ki, yaxşı adətləri yaşatmaq, pislərdənisə uzaqlaşmaq lazımdır.

Birziyalı olaraq bu məsələni ona görə xatırlatdım ki, Bəhmənli qədim tarixi və mədəniyyətiolan bir eldir. Onun da sayılıb-seçilən,müdrik ağsaqqalları var. Elə bu məsələlərin də həllində həmin ağsaqqalların vəziyalıların sözü çox önəmli əhəmiyyət kəsb edər...

...Əgər bir şeyin ki, elə-obaya və camaata ziyanı varsa, ondan uzaqlaşmaq elə də çətiniş deyil. Sadəcə olaraq, bu addımı bir adam atmalıdır ki, digərləri də onaqoşulub elə-obaya ziyan vuran köhnə adətlərdən uzaqlaşa bilsinlər...


TƏQVİM / ARXİV