adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Mart 2020 12:37
33363
MARAQLI
A- A+

Dünya duracaq yer deyil, ey can, səfər eylə!

İçkinin qədərini bilməyib çəlləyin dibinə düşənlər üçün

72 yaşlı fransız Jan-Jak Savin Atlantik okeanı polad çəlləkdə qət etməyə nail olub.

Onun "gəmisinin" uzunluğu üç, eni isə 2,1 metr təşkil edib.

Savin səyahəti başa vurmaq üçün 122 gün doqquz saat vaxt sərf edib.

Onun çəlləyi hal-hazırda Florida sahillərində dreyf edir.

Fransız səyahətini ötən ilin dekabrın 26-sı Kanar adalarında yerləşən El-Yerro adansından başlayıb.

Biz o çəlləyin dibinə düşüb haraları qət etmədik ki?!

Elə bilirsiniz, təkcə adamlar içki düşkünü olur?

Fransız Polineziyasına aid Bora-Bora adasına istirahətə gələn cütlük bir müddətdən sonra yaşadıqları bunqaloda tək olmadıqlarını aşkar ediblər.

Bunqaloda yaşayan kərtənkələ o qədər sevimli olub ki, insanlar onu oradan qovmaq istəməyiblər.

Cütlüyün diqqətini bu kərtənkələnin ananas şirəsi və pivə sevməsi olub.

Onlar balaca canlının qeyd olunan içkiləri içməsini lentə alıblar.

Cütlük növbəti dəfə Bora-Boraya qayıtdıqda yenə həmin kərtənkələ ilə rastlaşacaqlarına ümid edirlər.

Axx, moda, moda, saldın bizi oda…

Daima içki içən kişilərdən dad edən qadınlar üçün də xəbərim var.

Misirli dizayner Samo Hejres koronavirusdan qoruyan gəlinlik maskası ərsəyə gətirib.

Maska 3 saata hazırlanıb. Qiyməti isə üzərindəki bəzəkdən asılı olaraq 95 dollardan (161 manat) başlayır.

Dizayner bu ideyanı ona qardaşının verdiyini bildirib. Samo Hejres çoxsaylı rəngli maska sifarişi aldığını qeyd edib.

Bilmirsən ki, cibinin düşməni qadınlardır, yoxsa bu modaları icad edən kişilər?

Əccəb epoxaya düşmüşük…

Hindistanın Hiriyur şəhərinin sakinləri viruslara qarşı ən yaxşı profilaktik müalicə tapdıqlarına əmindirlər.

Bu şəxslər hətta "müalicə” prosesini lentə alıblar.

Kadrlarda onların peyin vannası qəbul etdiyini görmək olar.

Çəkiliş zamanı onlardan biri bu "spa-prosedurun” bütün viruslara qarşı ən yaxşı müdafiə olduğunu vurğulayır.