adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
11 Mart 2020 12:12
31481
MARAQLI
A- A+

Metroda sərnişini qarət edən 55 yaşlı kişi yaxalandı

Paytaxt polisi tərəfindən cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən şəxslərin müəyyən olunaraq tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri diqqət mərkəzindədir.

Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı şəhər BPİ–nin Metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində martın 3-də metronun 28 may metrostansiyasında A.Ə-nın içərisində 80 manat və sənədlər olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunan 55 yaşlı A.Niyazov tutulub.

Faktla bağlı şübhəli şəxs ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Onun digər analoji əməllərdə iştirakı istisna olunmur.