adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Mart 2020 11:51
8539
GÜNDƏM
A- A+

Elşad Hacıyev: Narkotiklərlərə qarşı mübarizə kampaniya xarakterli deyil

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə bütün istiqamətlər üzrə tərəfimizdən diqqətdə saxlanılır. Satış məqsədilə sosial şəbəkələrdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ictimai təhlükəli əməlləri cinayət tərkibi yaradır, qanunla qadağan olunduğuna görə cəza təhdidi var.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı şəhər Baş Polis İdarəsi Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, cəmiyyəti qayğılandıran narkotik bəlasına qarşı mübarizədə dövrün bütün çağırış və təhdidlərinə uyğun olaraq, ən müasir metod və texnologiya imkanlarından geniş istifadə olunur.

O bildirib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə əlaqədar daxil olan bütün informasiyalar yoxlanılır və bu tədbirlər kampaniya xarakteri daşımır.