adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Mart 2020 10:47
35705
GÜNDƏM
A- A+

"Baxın bu Natəvan zarə, günü bəxti kimi qarə..." - Hədəf yenə “qara bəxt” Natəvan...

Allahın möcüzəli işləri çoxdu. Lütfü də, bəxşişi də, vergisi də danılmazdı. Bəzən fərdlərlə yanaşı xalqlara da, dövlətlərə də misilsiz nemətlər, bəxşişlər, lütflər verməklə yanaşı, çarəsiz dərdlərdə verir. Desəm ki, Allah Azərbaycan xalqını sevə-sevə xəlq edib, təəccüb etməyin, Bəli, sevə-sevə bizi böyük bir xalq edib, sevə-sevə bizi dövlət edib. 

Dövlətlər cərgəsinə qoşub.Yeraltı, yerüstü sərvətlər, cənnəti andıram yurdlar, yaradıcı, saf, mərd insanlar Allahın bizlərə lütfüdür. Amma, hələ də anlaya bilmirəm ki, hansı günahımız ucbatından erməni kimi xisləti çaqqallıq olan bir məxluqlarla qonşu olmaq məcburiyyətində qalmışıq? Hələ də, anlamış deyiləm! Ermənilər haqqında uzun-uzadı danışıb onların əməllərini yenidən sadalamağa ehtiyac görmürəm, Zatən gözümüz açılan gündən (Müstəqilliyimizi əldə edən vaxtdan) ermənilər əməlləri ilə , yalnız özlərinə məxsus xislətləri ilə hər nələri var ortaya qoya biliblər. Bu, mənfurlar özgə yurdlarını işğal edib, özlərinə xaniman yaradıblar. Dövlət qurublar. Bu zalımlar, qadına, uşağa, qocaya qarşı amansızdırlar, əllərinə keçirdikləri bütün köməksiz insanları anında öldürülər, dərisini soyurlar, başını kəsirlər, dəmir borulara yığıb hər iki tərəfdən bağlayırlar, mismarla divara mismarlayırlar. Bu qansızlar təbiətimizə də zərbə vurular. Metsamor Atom Elektrik stansiyasının reaktiv axıntılarını Oxçu çaya, eyni tip tullantı materialları isə işğal etdikləri Qarabağa- Qubadlıya daşıyıb tökürlər. Meşələri doğrayıb Avropanın böyük zavod və fabriklərinə satırlar. Zəngin qızıl yataqlarını tar-mar edib, himayəçilərinə təmənnasız paylayırlar. Tariximizə- keçmişimizə işıq salan, maddi-mədəniyyət nümunələri olan abidələri yerlə -yeksan edirlər. Dağıda bilmədiklərinə isə güllə atırlar, təhqir edirlər, vandal olduqlarını o abidələrin üzərində təsdiq edirlər...O qədər belə abidələrimiz var ki, saymaqla qurtarmaz...Bu gün mövzum onlar deyil, bu gün mövzum, Azərbaycanın görkəmli şairə-qadını

Xurşudbanu Natəvan...


Yəqin ki, unutmamısınız, erməni işğalçıları Şuşada dahi bəstəkar Üzeyir Hacıbəyovun, Bülbülün və xan qızı Natəvanın büstlərini güllələmişdi. Mənfur düşmənin cansız heykəllərə də güllə atması bütün dünyada nadir rast gəlinən vandalizm nümunəsi kimi qəbul edilmişdi. Natəvanın da abidəsi, qeyd etdiyimiz kimi, ermənilər tərəfindən gülləylə deşik-deşik edilmiş, dəmir tullantısı kimi Gürcüstana satılmışdı. Azərbaycan tərəfi abidəni Gürcüstandan alıb bir neçə il bundan əvvəl Bakıya gətizdirmişdir. Əsər Azərbaycan Rəssamlar İttifaqının üzvü, Respublikanın əməkdar rəssamı Namiq Dadaşovun əməyi sayəsində araya-ərsəyə gəlmişdi. Şuşada tuncdan qoyulan bu büst, Qarabağın işğalından sonra ermənilər tərəfindən gülləbaran edilir. Haazırda isə heykəllər Dövlət İncəsənət Muzeyinin həyətində saxlanılır. Növbəti erməni zərbəsi 2016-cı il fevralın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsi ucaldıldı. Abidənin müəllifi heykəltəraş İmran Mehdiyev oldu. Vaterloda bir kitabxananın yanında Xan qızının xatirəsinə qoyulmulş həmin abidə erməni vandallar tərəfindən bu dəfə güllələnməkdən də pis münasibətə məruz qaldı. Abidənin üstünə rəng tökülərək təhqir olundu. Yaşarkən, dünyanın hər acısını dadan, hər əzabına qatlaşan şairə , haqqa qovuşduqdan sonra da bəxti gülmədi. Qəbri işğalda, xatirəsinə həsr edilmiş heykəllər isə hədəfdə. Lap Qarabağ kimi...


Yenə, ya rəbb, nə qəmgindir mənim bu şad olan könlüm,

Rümuzi-eşqdən ağah olub, ustad olan könlüm.

Görübdür yari əğyarə olubdur məhvi-nəzzarə,

Edibdir sinəsin parə, mənim abad olan könlüm.

Niyə peymanədən keçdin, niyə zəncirdən qaçdın?

Nədəndir çöllərə düşdün, mənim bərbad olan könlüm?

Fəraqin ruzi-matəmdir, sərasər möhnəti-qəmdir,

O zülfün kimi dərhəmdir, mənim azad olan könlüm.

Baxın bu Natəvan zarə, günü bəxti kimi qarə,

Gəzər Məcnun tək avarə, mənim naşad olan könlüm.


P.S.Görən, "dünyaya ədalət paylayan ” hegemon dövlətlər, beynəlxalq təşkilatlar Avropanın göbəyində erməni vandalizmini yenə görməməzlikdən gələcəklər? Yoxsa, yenə susacaqlar?


Əntiqə Rəşid