adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 Mart 2020 10:22
42006
MƏMLƏKƏT
A- A+

“Bir addım inkişaf” adlı layihə həyata keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə XIII qrant müsabiqəsinin qalibi Teybə Xəlilovanın "Bir addım inkişaf” adlı layihəsi həyata keçirilib.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Teybə Xəlilova layihə haqqında ətraflı məlumat verib, layihənin həyata keçirilməsində göstərdikləri köməyə görə təşkilatçılara öz təşəkkürünü bildirib.

Sonra çıxış edənlər ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıblar. Qeyd olunub ki, Gənclər Fondunun dəstəyi ilə artıq gənclər asanlıqla öz ideyalarını gerçəkləşdirə bilirlər. "Bir addım inkişaf” layihəsinin çox aktual mövzuya, gənclərin bilik və bacarıqlarının artırılmasına həsr olunduğunu vurğulayan natiqlər, bu cür layihələrin davamlı olmasını arzulayıblar.

7, 8, 14, 15 fevral 2020-ci il tarixlərində layihə çərçivəsində gənc psixoloqlar və psixologiyaya marağı olan gənclər arasında psixologiya sahəsində təcrübələrinin artırılması üçün təlimlər keçirilib.

Qeyd edək ki, "Bir addım inkişaf” layihəsində gənclər nəzəri və praktik biliklər əldə ediblər və bunu gələcəkdə öz iş fəaliyyətlərində, həyatlarında istifadə ede biləcəklər. Sonda iştirakçılara sertifikatlar təqdim olunub .