adalet.az header logo
  • Bakı 18°C
11 Mart 2020 09:47
15026
DÜNYA
A- A+

Dünyada koronavirusa yoluxanların sayı 113 mini ötüb

Ötən sutka ərzində dünyada COVİD-19 koronavirusuna 4125 yeni yoluxma halı qeydə alınıb, 203 nəfər ölüb.

Adalet.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından bildiriblər.

Beləliklə, ÜST-ün məlumatına əsasən, dünyada koronavirusa yoluxanların ümumi sayı 113 702 nəfər təşkil edib, onlardan 80 924-ü Çində.

Çində koronavirusdan ölənlərin sayı 3140 nəfərə çatıb, onlardan 17-si ötən sutka ərzində qeydə alınıb.