adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
10 Mart 2020 23:23
17718
DÜNYA
A- A+

Türkiyə və Rusiya müdafiə nazirləri İdlibi müzakirə ediblər

Türkiyənin müdafiə naziri Hulusi Akar və onun rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı İdlibdə uzunmüddətli sülh və bu regiondan 1 milyondan artıq qaçqının evinə qaytarılması üzrə fikir mübadiləsi aparıblar. Qeyd edilib ki, qaçqınların 80 faizdən çoxu qadınlar və uşaqlardır.

Bildirilir ki, tərəflər İdlibdə davamlı atəşkəsin, regionda sülhün və sabitliyin təmin olunması üçün səylərin davam etdiriləcəyini vurğulayıblar.

Həmçinin nazirləri əldə olunmuş razılaşmalardan irəli gələn öhdəliklərə sadiq olduqlarını qeyd ediblər.