adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Mart 2020 22:14
15017
DÜNYA
A- A+

Türkiyədə 47 nəfər tələbə yataqxanasında zəhərləndi

Türkiyənin Çanaqqala şəhərindəki tələbə yataqxanasında 46 qız tələbə və 1 yataqxana işçisi yeməkdən zəhərləndikləri şübhəsi ilə xəstəxanaya aparılıb.

Barbaros məhəlləsindəki qızlar yataqxanasında qalan bəzi şagirdlər və bir yataqxana işçisi səhər ürək bulanması və qusma şikayətləri ilə bağlı yataqxananın sağlamlıq qruplarına məlumat veriblər. 46 tələbə və bir yataqxana işçisi təcili yardımla xəstəxanaya aparılıb.

Çanaqqala On səkkiz Mart Universiteti Səhiyyə,Tətbiq və Araşdırma Xəstəxanasında müalicə alan 26 tələbədən 4-ü evə buraxılıb. Məhmət Akif Ərsoy Çanaqqala Dövlət Xəstəxanasına aparılan tələbələrdən 7-si xəstəxanadan buraxılsa da, 5 tələbə və 1 yataqxana işçisinin təcili yardım otağında, 8 tələbənin isə ambulatoriyada olduğu bildirilib.

Yeməkdən zəhərlənən şagirdlərin və bir yataqxana işçisinin vəziyyətinin yaxşı olduğu deyilib.
Tələbələrin hansı qidadan zəhərləndiyini müəyyən etmək üçün yeməklərdən nümunələr götürülüb.