adalet.az header logo
  • Bakı 13°C
10 Mart 2020 20:11
25452
KRİMİNAL
A- A+

Bakıda cibgir saxlanıldı

Martın 8-də Böyük Britaniya vətəndaşı T.Aleksandranın Səbail rayonu, Nizami küçəsində gödəkçəsinin yan cibindən "iPhone 6” markalı mobil telefonunun cibgirlik yolu ilə oğurlanması ilə bağlı polisə müracət daxil olub.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Ərazidə xidmət aparan Səbail Rayon Polis İdarəsi (RPİ) Post Patrul Xidməti əməkdaşlarının çevikliyi nəticəsində oğurluq əməlində şübhəli bilinən - 1993-cü il təvəllüdlü, Gəncə şəhərində qeydiyyatda olan Kamran İsmayılov maddi sübutla birlikdə saxlanılaraq, Səbail RPİ 39-cu Polis Bölməsinə təhvil verilib.

İlkin araşdırmalar zamanı müəyyən olunub ki, o, Türkiyə Respublikasının Cinayət Məcəlləsinin (CM) oğurluq maddəsi ilə məhkum olunub.

Onun barəsində Səbail RPİ İstintaq şöbəsində CM-nin müvafiq maddələri ilə cinayət işi açılıb.

Şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.